Haqqında - Emin Davud

Haqqında

Erkən həyatı

Emin Davud 1998-ci ilin İyul ayının 21-ində isti bir Çərşənbə axşamı günü axşam radələrində Bakı şəhərində dünyaya gəlmişdir. Əsil adı Emin Davudovdur. Sadəcə rus dilinə və mədniyyətinə qarşı antisempatiyası olduğuna görə -ov şəkilçisini soyadından sildirməkdə qərarlıdır. Yaxın zamanda qanuni yolla da bunu etməyi planlaşdırır.

Erkən həyatı əla keçib. Bakı-Zaqatala çılğınlar kimi əylənib. 7 yaşında ailəlikcə 1 çəhəllə qıraqdakı bir bina evinə köçüblər. Ancaq Emin uşaqlıq illərinin keçdiyi o birinci evi daha çox sevirdi. İlk gün yeni evinin pəncərəsindən alt qonşunun pəncərə dəmirinin yuxarı hissəsinə ağzından tullayaraq yapışdırdığı 1 paçka şirin saqqızı heç vaxt unutmur. Evin ilk günlərində yatdığı kravatdan yıxılırdı.

Təhsil və Kariyerası

Məktəb illəri

2004-cü ilin Sentyabr ayında ailəsinin rus sektoru məktəbinə getməsi istəyinə qarşı çıxaraq 252 saylı orta məktəbdə 1-ci sinifə başlayır. Dəli kimi oxuyur. Oxumasa da hərşeyi bilir. Bircə ədəbiyyatla zad bir az problemi olur, onu da illər sonra gördüyümüz kimi yəqin ki müəlliməsi öyrədə bilmiyibmiş. Nəsə uzatmıram məktəbi də 2015-ci ildə bitirir.

Xəzər universiteti – Bakı, Azərbaycan

TQDK-dan 604 bal yığaraq sıralamada yazdığı 6-cı yer olan Xəzər universitetinin Mexanika Mühəndisliyi ixtisasına daxil olur. 2 il başını qatır, rəqs zad eliyir. Rəqsin şotuna 2 dəfə Türkiyəni də gəzir, səhnəyə çıxır. Hələ üstünə bir dəfə də tamaşada baş rolda oynayır. 3-cü il Xəzərin verdiyi təhsilin zəif və müəllimlərinin bir çoxunun pratik iş haqqında zəif olduğunun fərqinə varır və universitetin qapısını vurub çıxır.

Collegium Da Vinci – Poznan, Polşa

1 il Bakıda fırranıb, barmen, aktyor zad kimi işliyib görür ki, belə davam eliyən şey deyil, beynini işlətmək lazımdı, basır gedir Polşaya. 1 il nağdı yiyir-içir. Növbəti il başlıyır bir az oxumağa, kəsrləri zad bağlamağa, 3 cü il də vapşe zor olur yenə oxuyur. 4-cü ilin ortasında tam universtetin bitməsinə 1 ay qalmış bir də ayılır ki, universitetdən aldığı təqaüdlərin bir hissəsini universitetə ödəniş etmək əvəzinə yiyib-içib. Nəsə 15 min zad borcu olur universtietə. Həmin vaxt da 6-7 aydı bidənə çap şirkətində işliyirmiş. Öz-özünı deyir:”Kredit götürsəm 2-3 ilə bağlıyaram bu borcu, prosta sonra neyniyəcəme?” Beyni çönür, bir universiteti atan ikincini də atar deyib, basır qayıdır Bakıya.

Son zamanlar

Nə başıvızı ağrıdım, elə Bakıya çatıb özünə gəlincə 1 dənə də iş tapır, başlıyır 2 işdə eyni vaxtda işləməyə. Gündə 15 saat işliyir, dəli kimi də pul qazanmağa başlıyır. Deyir, “mən bu pulun hamısını yeyərəm” Gedir bir dənə Opel Astra alır, adını da qoyur Könül. 2022 Dekabrında bezir, Polşa işindən çıxır. Mart ayında da görür bu ikinci Amerika işindən də bir pox çıxan deyil, dostunun Zaqatalada kurs açmaq fikrini qəbul eliyib basır gedir Zaqatalaya.

SELF Zaqatala kursunda da 6-7 ay işləyə bilir, onu da çevirir online-a təzdən qayıdır Bakıya. Deyir, “day, bəsdi yoruldum, oturub karyera zad qurmaq lazım” Başlıyır Code Academy-də Digital Marketing üzrə təhsil almağa. Bu dəqiqə də elə ev tapşırığına görə bu sətirləri yazır.